• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Freydə görə, şəxsiyyət strukturu

Updated: May 4, 2019

İd, Eqo və Super-Eqo Ziqmund Freydin Psixoanaliz nəzəriyyəsinə görə, insan psixikasının struktur modelidir.


İd — insan psixikasının instinktiv istək və tələbatlarını əks etdirir. İdin fəaliyyəti zövq prinsipi üzərində qurulmuşdur və o hər daim bizi bu istək və tələbatları təmin etməyə təhrik edən davranışa sövq edir. Buna ən sadə misal olaraq, ac olan körpənin ağlamasını, ehtiyac duyduğu andaca ifrazatı xaric etməsini, yaxud həmçinin, yetkin bir insanın sırf zövq almaq niyyəti ilə ortaya qoyduğu davranışları göstərə bilərik.


Super-Eqo — insan psixikasının cəmiyyət qaydaları, normativ və «olmaz»-lar haqqındakı təsəvvürü ilə bağlıdır. Super-Eqo bizə bəlli bir davranışı etməməyimiz üçün müəyyən baryer rolunu oynayır və bəlli bir davranışı etməməyə, yaxud hətta şəxsi instinktiv istəklərimizə zidd olmasına baxmayaraq, «düzgün» hesab etdiyimiz davranışa sövq edir. Misal olaraq, əsəbi halda, bir başqasına kobud ifadələr demək yerinə, ətrafdakıların qınağından (və ya bu davranışımızın nəticədə bizə mənfi təsir edəcəyindən) ehtiyyat edərək ifadə tərzimizi daha yumşaq, daha etik etməyə çalışmaq kimi halları göstərmək olar.


Eqo — İd və Super-Eqo arasında bir növ seçim edən mövqedədir. Bir çox ədəbiyyatlarda «Mən» kimi də ifadə olunur. Eqo daha çox icraedici rolda çıxış edərək, İd və Super-Eqo arasında vasitəçi kimi çıxış edir. Eqo reallıq prinsipini əks etdirərək bizi seçim və icraya yönəlmiş davranışa sövq edir.

Sosial şəbəkələrdə izləyin:

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Follow us:

Contact:

  • facebook (2)
  • instagram (2)