• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Konformizm necə tənzimlənir?

Konformizmin əsas xüsusiyyətləri

Konformizm özünü 2 formada göstərir:Fərd içərisində olduğu cəmiyyətin əks getmək istəmir;Fərd içərisində olduğu cəmiyyətin fikirlərinin doğruluğuna inanmağa başlayır. Hər iki halda, insan öz iradəsini aşaraq cəmiyyət normalarına tabe olmuş olur. Konformizm necə tənzimlənir?

*Azlıq və çoxluğun nisbəti

Aş bu eksperimentlə həm də aşkar etdi ki, sınanılana qarşı olanların sayı onun davranışına olan təsirdə əhəmiyyətli dərəcədə rol oynayır. Belə ki, sınanılana qarşı yalnız bir nəfər (2 nəfərlik qrupda) yanlış cavabı iddia edirsə, bu halda sınanılan təsir altına düşmür. Bu keysdə bir neçə istisna var. Sınanılana qarşı təmsil olunan həmin bir nəfər sosial statusca, yaxud bilik, təcrübə baxımdan sınanılandan üstün olarsa, yaxud da sınanılan qarşı tərəfə simpatiya bəsləyirsə, konformizm dərəcəsi yenə də artacaqdır. Bunu Aşdan sonra gələcəkdə Stenli Milqram özünün tabe olmaq üzərində apardığı eksperimenti ilə bir daha təstiq etmiş olacaqdı. Sınanılana qarşı çıxış edənlərin sayı ən az 3 olduğu halda (4 nəfərlik qrupda) digər istisnalar olmasa belə, konformizm dərəcəsində əhəmiyyətli dərəcədə fərq hiss olunur. Belə qənaətə gələ bilərik ki, ən az 1:3 nisbətində olan azlıq və çoxluqlar arasındakı münasibətdə, azlığın konformizm dərəcəsi artıq yüksəkdir. Bir başqa sözlə, azlıq çoxluğa ən az 1:3 nisbətində tabedir. Fərdə qarşı (və ya azlığa qarşı) çoxluğun nisbəti artdıqca isə fərdin tabelilik dərəcəsi də artmış olur.

*Konformizm və məlumat yetərsizliyi

Qərar veriləcək və ya addım atılacaq mövzu üzrə yetərli, detallı məlumatınız yoxdursa, yanlış addımlar atmağa meyllisiniz. Təkcə məlumatsızlığa görə deyil, həm də məhz məlumatsızlığınızın davranışınıza etdiyi psixoloji basqı səbəbindən. Bir başqa sözlə, elm qənaətə gəlir ki, məlumatsız, yaxud təcrübəsiz olduğumuz halda, bizdən bilik və təcrübə baxımdan daha irəlidə olan insanların fikirlərinə yönəlir, onların fikirlərini qeyd-şərtsiz olaraq, hətta yanlışlığına şübhə etmiş olsaq belə, qəbul etməyə meyl edirik.

*Konformizm və liderlik

Araşdırmalar həm də göstərir ki, liderlik bacarıqları inkişaf etmiş insanların konformizm dərəcəsi daha aşağıdır. Bu məqamda qeyd edim ki, psixologiyada anadangəlmə liderlər və sonradan liderlik bacarıqlarını formalaşdırmış insanlardan bəhs edirik. Anadangəlmə liderlər istənilən mühitdə liderliyə meylli olduğu halda, liderlik xüsusiyyətlərini sonradan formalaşdırmış fərdlər çox zaman yalnız bəlli mühit və ya bəlli vəziyyətlərdə lider olurlar. Bu səbəbdən, olduğu vəziyyət də liderlik bacarıqlarına təsir etdiyindən, konformizm dərəcəsi də buna görə dəyişmiş olduğu qənaətinə gəlirik. Beləliklə, konformizm hansı xüsusiyyətləri meydana çıxır:Tərəf saylarının nisbətinin kəskinliyi artdıqca konformizm dərəcəsi artır;Qərar veriləcək məsələ çoxmənalı, şübhəli, qəlizliyi artdıqca konformizm dərəcəsi artır;Liderliyə meyllilik, nail olmaq istəyi kimi fərdi xüsusiyyətlər konformizm dərəcəsini azaldır.Həmçinin: Tərəflərdən birinin nümayəndələri yüksək sosial statusa malik olduqda konformizm ehtimalı da artır;İnsanlar gizli cavab vermə imkanı əldə etdikdə konformizm dərəcəsi azalır.Kollektivist mədəniyyətlərə mənsub insanlar konformizmə daha çox meyllidir.

Sosial şəbəkələrdə izləyin:

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Follow us:

Contact:

  • facebook (2)
  • instagram (2)