• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Psixologiyanın tədbiqi sahəsi: Peşə və Təşkilat Psixologiyası

Updated: Jun 11, 2019


Əvvəllər peşə psixologiyası kimi tanınan bu sahə müasir dövrümüzdə artıq peşə-təşkilat psixologiyası adını alıb. Bu sahə 20-ci əsrin əvvəllərində Hugo MünsterbergDill Scott -un (hər ikisi alman psixoloqu Wilhelm Wundt tələbəsidir) elmi işləri ilə başlayaraq Birləşmiş Ştatlarda formalaşmağa başlayıb. Bu elmin praktik tədbiqi isə Frederick W. Taylor-un geniş fəaliyyəti ilə bağlıdır. Peşə-təşkilat psixologiyasının inkişafı BDM, və daha da çox İDM-dən sonra sürətlənmişdir.


Bəzi peşə-təşkilat psixoloqları işçi heyətinin seçimi və təlim metodlarını araşdırarkən, bir digərləri şirkətlərin idarəetmə üslublarını analiz edir və ya iş mühitində ruh yüksəkliyinin, işçilərin iş məmnuniyyəti və iş məhsuldarlığının yüksək tutulması üsulları üzərində çalışırlar. Əsasən, statistikalarla işləyən peşə-təşkilat psixoloqları elmə əsasanaraq, şirkət və təşkilatların qoyulan hədəflərə uğurla çatması amalı üçün insanların daha çox iş və ya hər hansı təşkilat, təşkilati cəmiyyət mühitindəki davranışlarını tədqiq edirlər.


Peşə və təşkilat psixoloqları tədqiqatları boyunca:

  • İş mühiti və onun heyət üzərindəki təsirlərini öyrənir

  • Komanda və üzvlərinin motivasiya mənbələrini araşdırır

  • Heyət və müştəri davranışlarını öyrənir

  • Təşkilatların idarəetmə tərzlərini tədqiq edir

  • Komanda üçün ən uyğun liderlik tərzlərini təyin edir

  • Əməkdaş və müştərilərin konflikt həllərini araşdırır


Peşə və təşkilat psixoloqları öz peşəkar fəaliyyəti boyunca:

  • Psixoloji araşdırma və tədqiqatlarını iş yerinə tədbiq edir

  • İnsan resusrsları şöbəsi ilə əməkdaşlıq edir

  • İş mühitində yüksək motivasiya üçün tədbirlər görür

  • Zəruri təlim və inkişaf proqramların təyin edir

  • Ən uyğun namizədləri seçməyə kömək edir

  • İş performansını dəyərləndirir

  • Təşkilati strukturu təkmilləşdirir

  • İşçi və rəhbərlər üçün həyat keyfiyyətini yüksəldir

  • Konsultant kimi fəaliyyət göstərir

Sosial şəbəkələrdə izləyin:

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Follow us:

Contact:

  • facebook (2)
  • instagram (2)