• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Həyat səhnəsində aldığımız 3 əsas rol

Updated: Mar 17, 2019

Yəqin ki, "psixoloji yaş" ifadəsi sizlərə tanışdır. Bu fenomen elmə ilk dəfə Erik Bern tərəfindən gətirilməsə belə, onun 1964-cü ildə yazdığı "İnsanların oynadığı oyunlar" adlı kitabında həm də bu mövzuya diqqət çəkmiş oldu.

Erik Bern psixologiya sahəsində daha çox Transakt Analiz fenomeni ilə tanınır. İlk başlarda bu mövzuda ərsəyə gətirdiyi kitab daha çox elmi dildə olduğu üçün o qədər də diqqət çəkməmişdi. Lakin sonralar bestseller olan kitabı ilə bütün dünyada tanınmış oldu. Bəs nədir Transakt analiz?

Transakt Analiz (TA) sosial ünsiyyət vahididir. Bern qeyd edir ki, iki insan bir araya gələrsə, gec ya tez onlardan biri mütləq danışacaq və ya hər hansı bir yolla hamının fərqinə vardığını hiss etdirəcəkdir. Onun bu davranışı Transakt Stimul adlanır. Digər insan isə bu stimula cavab olaraq nəsə deyərsə, bu Transakt Reaksiya adlanacaq. TA sadəcə transakt stimulun qarşı tərəfdə hansı transakt reaksiyaya səbəb olduğunu müəyyən edir. Gəlin bunu daha praktik misal üzərindən açıqlayaq:ilk olaraq onu qeyd edək ki, TA-ya görə Eqonun 3 vəziyyəti mövcuddur: Valideyn, Yetkin, Uşaq. Bu Erik Bernin kitabında daha anlaşıqlı olması üçün həm də bizim ifa etdiyimiz rollar kimi dəyərləndirilir.

Belə bir dialoq üzərindən misal çəkə bilərik:

Satıcı: Bu parça çox yaxşıdır, lakin sizin cibinizə görə deyil.

Alıcı: Onda mən elə məhz bunu alıram!



Bu situasiyada Satıcı daha yetkin davranaraq bir növ öz obyektiv fikrini bildirir. Alıcı isə, satıcının sözündən təsirlənərək, parçanı almağa qərar verir. Alıcının bu davranışı Uşaq Transaktına uyğundur. Beləliklə, alıcının qərarı satıcının rəyindən asılı olmuş oldu.

Bernə görə, ən uğurlu ünsiyyət bərabərlik üzərində qurulandır: Valideyn - Valideyn, Yetkin - Yetkin, Uşaq - Uşaq. Lakin bununla bərabər fərqli Transaktlar arasında da uğurlu ünsiyyət yarana bilər. Buna ən bariz misal, Valideyn - Uşaq modelidir. Nəzərə alsaq ki, Valideyn daha çox qayğıkeş, diqqət göstərən xüsusiyyətlərə malikdir, Uşaq isə daha çox kapriz göstərən, bu halda ən uyğun ünsiyyət sxeminin onlar arasında baş verəcəyinə şübhə qalmır.

Biz insanlar həyatda, vəziyyətə görə, müxtəlif rollar alırıq. Bəzən yetkin, bəzən qayğı göstərən valideyn, bəzən isə uşaq kimi davranırıq. Ünsiyyətin uğurlu alınması üçün həmsöhbətimizin mövcud transakt rolunu da nəzərə almalıyıq. Ən son yaşadığınız uğursuz ünsiyyət vəziyyətini yada salın. Sizcə, o vəziyyətdə siz hansı rolu almışdınız?


Artwork by: Per Kasch

Sosial şəbəkələrdə izləyin:

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Follow us:

Contact:

  • facebook (2)
  • instagram (2)