• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

"Maslou ierarxiyası" nədir?

Updated: Mar 4, 2019



Amerikan psixoloqu A. Maslou hesab edirdi ki, şəxsiyyətin həyatda tam olaraq özünü aktuallaşdırması üçün tələbatlarını mərhələli şəkildə təmin etməlidir. O tələbatları qruplara ayıraraq onları mərhələlər üzrə sıralamışdır. Sonradan bu sıra «tələbatlar piramidası» kimi də tanınmağa başlanmışdır. Maslounun bu nəzəriyyəsinə müxtəlif mənbələrdə «özünüaktuallaşdırma nəzəriyyəsi», «tələbatlar ierarxiyası», «Maslou piramidası» kimi fərqli adlarda da rast gələ bilərsiniz. Nəzəriyyəyə əsasən, bir insan fizioloji tələbatlarını (yemək, nəfəs almaq, yuxu, cinsi tələbatlar və s.) təmn etmədən, təhlükəsizlik, mənsubiyyət, sevgi və s. kimi tələbatlara meyl edə bilməz.


Sizə Maslou ierarxiyasını təmin olunma sırası üzrə təqdim edirik:

— Fizioloji tələbatlar (yemək, nəfəs almaq, yuxu, cinsi tləbatlar və s.);

— Təhlükəsizlik tələbatları (sağlamlıq, mülki təhlükəsizlik tələbatı, ailə, güvən, özünü müdafiə olunmuş hiss etmək, uğursuzluq və qorxudan azad olmaq və s.);

— Aid olmaq və Sevgi tələbatı (cəmiyyət tərəfindən qəbul olunmaq istəyi, sevmək və sevilmək arzusu, cinsi istək, dostluq, ailə və s.);

— Hörmət (rəğbət) tələbatı (uğur əldə etmək istəyi, təstiq almaq istəyi);

— Öyrənmək tələbatı (bacarmaq, bilmək, dərk etmək, araşdırmaq istəyi);

— Estetik tələbatlar;

— Özünü təstiq etmək və ya özünü aktuallaşdırma tələbatları.

0 views

Sosial şəbəkələrdə izləyin:

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Follow us:

Contact:

  • facebook (2)
  • instagram (2)