• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Necə bilim ki, Depressiyadayam?

Updated: May 4, 2019

İlk öncə qeyd edək ki, hər birimiz zaman-zaman əhval düşkünlüyü yaşamış oluruq. Bu halda niyə Depressiya Əhval düşkünlüyü deyil də, məhz əhval pozuntusu kimi dəyərləndirilir? Depressiyanı Əhval düşkünlüyündən fərqləndirən nədir?


Depressiv Epizod Əhval pozuntularından biridir. Burada "pozuntu" deyərkən, normadan yayınma nəzərdə tutulur. Əhval pozuntularına həm də Manik Epizod, Bipolyar pozuntu və s. daxildir.

Sıradan əhval düşkünlüyü kədər, narahatlıq və panika, yorğunluq, özgüvən azlığı, frustrasiya, qəzəb kimi faktorlarla müşayiət oluna bilir. Lakin bu hal bir neçə gün və ya həftə sonra bərpa olunaraq, əhvalın yüksəlməsi ilə nəticələnə bilir. Bu hal fasiləsiz olaraq 2 həftədən daha uzun müddəti əhatə etdiyi halda Depressiyadan danışa bilirik.


Depressiv Epizod simptomları:

— pasient əhval düşkünlüyü yaşayır;

— enerji azlığı ilə üzləşir;

— iştahası enerji azlığı ilə üzləşir; kəskin zəifləmiş olur;

— fəallıq dərəcəsi aşağı düşür, yorğunluq və gücsüzlük hiss edir, hər hansı bəsit cəhd və səylərdən sonra belə nəzərəçarpan yorğunluq gözə çarpır;

əyləncə, maraq, konsentrasiya istiqamətli əqli qabiliyyətində zəiflik müşahidə olunur. Bir başqa sözlə, adət halını almış fəaliyyət növlərinə qarşı zövq və marağın itməsi müşahidə olunur;

— yuxusu pozuntusu (yuxusuzluq və ya həddən artıq yatağanlıq) nəzərə çarpır;

pasient davamlı olaraq özünü mənəvi olaraq sıxır, bununla bərabər, ümidsizlik, əhval düşkünlüyü müşahidə olunur;

— özünə olan hörməti və özgüvəni azalmış olur, hətta mülayim dərəcədə olsa belə, günahkarlıq, faydasız, alçaldılmış olmaq ideyaları mövcud olur;

— günbəgün qismən dəyişən əhval düşkünlüyü vəziyyətə reaksiya vermədiyi kimi, həm də marağın və həzz hissinin itməsi, hər zamankindən bir neçə saat öncə oyanmaq, səhərlər depressiv halın kəskinləşməsi, nəzərəçarpan dərəcədə psixomotor donması, təlaş, iştahın itməsi, çəki azalması, libido itməsi kimi somatik simptomlarla müşahidə oluna bilir;

— düşüncələrində suisidal və ya özünə xətər yetirmə kimi fikirlər əks olunur.


Simptomların sayı və kəskinliyinə müvafiq olaraq, depressiv epizod yüngül, orta kəskin olaraq dərəcələrə bölünür. Qeyd edək ki, bu simptomlar yalnız 2 həftə və daha çox zaman ərzində müşahidə olunduğu halda, depressiv epizoddan danışa bilərik. Əks təqdirdə bu xüsusiyyətlər həm də sadəcə əhval düşkünlüyünə işarə ola bilər. Pasientdə bu simptomların 2 və ya 3-ü qeydə alınırsa, depressiv epizod yüngül olaraq dəyərləndirilir. Simptomlardan 4 və ya daha çoxu qeydə alınırsa, depressiv epizod orta olaraq dəyərləndirilir. Pasientdə bu simptomların böyük əksəriyyəti qeydə alınırsa, bu zaman vəziyyət kəskin (və ya ağır) depressiv epizod olaraq qiymətləndirilir. Bununla bərabər, Depressiyanın növünü təyin etməklə diaqnozu klinik psixoloq və ya psixiatr təyin edir.

Depressiya həm də mövsümi (məsələn, soyuq aylarda), distimiya, klinik depressiya, psixotik depressiya, postnatal depressiya və s. kimi fərqli formalarda müşahidə oluna bilir. Yuxarıda qeyd olunan simptomları özünüzdə müşahidə edirsinizsə, mütəxəssisə müraciət etməkdə gecikməyin.


Depressiya ağırlıq dərəcəsindən asılı olaraq, söhbət terapiyası (psixoloji konsultasiya), antidepressantlar vasitəsilə müalicə oluna bilir. Antidepresantlar yalnız tibbi dərəcəli psixoloq (psixiatr/həkim psixoloq) tərəfindən təyin oluna bilər.

0 views

Sosial şəbəkələrdə izləyin:

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Follow us:

Contact:

  • facebook (2)
  • instagram (2)