• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Psixoterapiya və psixoloji konsultasiya

Updated: May 4, 2019



Psixoterapiya nədir?

Psixi sağlamlıq üzrə mütəxxəssislərin saysız dərəcədə çox növü var. Psixoterapiya isə həmin mütəxəssislərin istifadə etdiyi terapiya prosesidir və onun çox sayda növləri var. Psixoterapiya müştəri və ya müştərilərin psixi sağlamlıq mütəxəsssisi ilə görüşərək psixi və ya emosional problemi müzakirə etmə və həll yolları tapma prosesidir. Bir başqa sözlə, psixoterapiya müştəri və ya müştərilərin psixi sağlamlıq mütəxəsssisi ilə görüşərək psixi və ya emosional problemi müzakirə etmə və həll yolları tapma prosesidir.

Psixoterapevt kimdir?

Psixoterapevt psixoterapevtik metod və vasitələrlə psixi, emosional problemləri müalicə edən psixi sağlamlıq mütəxəssisidir. Klinik psixologiya, neyropsixologiya, uşaq psixologiyası, təhsil psixologiyası və s. Kimi müxtəlif istiqamətlərdə fəaliyyət göstərən psixoloqlar sahələri üzrə konsultasiya və psixoterapiya seansları da aparırlar. Lakin psixoterapiya seansları aparmaq üçün müəyyən psixoterapevtik kurs, təlim və ya ixtisaslaşmış proqramı bitirmək və psixoterapevt olduğunu təstiqləmək lazımdır.

Bəs konsultasiya nədir?

"Konsultasiya" dilimizə "məsləhət" kimi tərcümə olunur, bəzi ədəbiyyatlarda "söhbət terapiyası" kimi təqdim olunur. Konsultasiya verən şəxs "konsultant", konsultasiya alan şəxs isə "müştəri"-dir. Konsultasiya bir və ya bir neçə seansdan ibarət olur və bəlli bir problemin həllinə fokuslanır.

Psixoloq-konsultant kimdir?

Psixoloq-konsultant gündəlik, praktik, və ya psixoloqun fəaliyyət və təcrübə sahəsi ilə bağlı mövzular üzərindən konsultasiya aparan psixi sağlamlıq mütəxəssisidir. Baxmayaraq ki, "konsultant" və "məsləhətçi" sözləri az qala sinonim kimi istifadə olunur, konsultantlar çox nadir hallarda və ya heç zaman məsləhət vermirlər. Bunun əvəzində, konsultantlar müştəriyə şəxsi fikirlərini aydınlaşdırmağa, özünün (müştərinin) həll hesab etdiyi alternativləri üzə çıxarmağa və seçim etməyə kömək edir, seçimlərinə dəstək olur və problem həll olunanadək proses boyu müşayiət edirlər.


Qeyd: Məqalə üçün Britaniya, Amerika və Kanada psixoloq cəmiyyətləri, psixoloq və yazıçı Kendra Cherry, Birminqham Universitetindən David Bond və digər portal və müəlliflərin materiallarından istifadə olunmuşdur.

Mənbələr: prospects.ac.uk, allpsychologyschools.com, verywell.com, apa.org, bps.org.uk, cpa.ca

Sosial şəbəkələrdə izləyin:

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Follow us:

Contact:

  • facebook (2)
  • instagram (2)