• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Sağlam iş mühiti nə deməkdir? | ÜST

Updated: 3 days ago

Peşə sağlamlığı niyə vacibdir və sağlam iş mühitinə olan təşəbbüs nə üçün inkişaf etdirməlidir?

Bunun üçün çoxsaylı səbəb və nümunə göstərmək mümkündür. Bu yazıda iş mühitindəki fiziki və psixososial faktorları diqqətə çatdırmaqla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına görə, sağlam iş mühitinin təsnifatını açıqlayacayıq. İşçilərin iş mühitində, peşəsini icra edərkən üzləşə biləcəyi və sağlamlığına birbaşa risk doğuran hallar üçün işəgötürən öz məsuliyyətini hiss edərək öntədbir görməlidir.


Fiziki iş mühiti

Problemlər əsasən, aşağıdakı nümunələri əhatə edir:

  • Kimyəvi təhlükələr (pestisidlər, tütün tüstüsü və s.);

  • Fiziki təhlükələr (səs-küy, radiasiya, vibrasiya, həddən artıq istilik, nanohissəciklər);

  • Bioloji təhlükələr (məslən, hepatit B, malyariya, İnsanın İmmun Çatışmazlığı Virusu (HIV), vərəm, kif, təmiz su çatışmazlığı, gigiyenik təchizat yetərsizliyi və s.);

  • Erqonomik təhlükələr (məsələn, həddən artıq güc tələb edən proseslər, yöndəmsiz duruş, ağır qaldırma və s.);

  • Mexaniki təhlükələr (məsələn, maşın mexanizmlərində əzilmə təhlükəsi, kranlar, yük qaldıran maşınların çəngələbənzər çıxışları və s.);

  • Enerji təhlükəsi (məsələn, elektrik təhlükəsi, hündürlükdən yıxılma halları);

  • Mobil təhlükələr (məsələn, buzlu yollarda, leysanlı havada və ya digər qeyri-əlverişli şəraitdə maşın sürmə və s.).


Psixososial iş mühiti

Problemlər əsasən, aşağıdakı nümunələri əhatə edir:

  • İşin zəif təşkili (iş ehtiyacları ilə bağlı problemlər, vaxt məhdudiyyəti təzyiqi, rəhbərliyin çoxsaylı göstərişləri, mükafatlaandırma, supervayzer dəstəyi, işin təsviri, işin quruluşu, yetərsiz kommunikasiya);

  • Təşkilat mədəniyyəti (mənəviyyat və işçilərə hörmət mövzusunda yetərsiz siyasət və praktik təcrübə, mənəvi-cinsi təcavüz və bullinq, cinsi ayrı-seçkilik, etnik və ya dini mənsubiyyətinə görə ayrı-seçkilik, sağlam həyat tərzi üçün dəstəyin olmaması);

  • Göstəriş və idarəetmə tərzi (konsultasiya yoxluğu, hörmətə söykənən performans idarəçiliyi);

  • İş və özəl həyat balansının dəstəklənməməsi;

  • İxtisara düşmək, işi itirmək qorxusu.


Ümumdünya Səhiyyə Təşkilatı sağlam iş mühitini necə təsnif edir?

“Sağlam bir iş yeri, işçilərin və menecerlərin, bütün işçilərin sağlamlığını, təhlükəsizliyini və rifahını və iş yerinin davamlılığını qorumaq və inkişaf etdirmək üçün davamlı inkişaf prosesindən istifadə etmək üçün əməkdaşlıq etdikləri yerdir…”


Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına görə sağlamlıq: “Yalnız xəstəliyin yoxluğu olmayıb, tam fiziki, əqli və sosial rifah vəziyyətidir”. Bütün bunlrla bərabər, bu sənəd ətrafında aparılan konsultasiyalarla inkişaf etdirilən sağlam iş mühitinin təsnifatı aşağıdakı məqamları da əhatə edir:


Sağlam bir iş yeri, müəyyən edilmiş ehtiyaclara əsaslanmaq şərtilə, aşağıdakıları nəzərə alaraq işçilərin və menecerlərin, bütün işçilərin sağlamlığını, təhlükəsizliyini və rifahını və iş yerinin davamlılığını qorumaq və inkişaf etdirmək üçün davamlı inkişaf prosesindən istifadə etmək üçün əməkdaşlıq etdikləri yerdir:


  • fiziki iş mühitində sağlamlıq və təhlükəsizlik məsələləri;

  • işin təşkili və iş yeri mədəniyyəti də daxil olmaqla psixososial iş mühitində sağlamlıq, təhlükəsizlik və rifah halları

  • iş yerindəki şəxsi sağlamlıq mənbələri; və işçilərin, ailələrinin və cəmiyyətin digər üzvlərinin sağlamlığının yaxşılaşdırılması üçün cəmiyyətdə iştirak yolları.

0 views

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Contact:

Follow us:

  • facebook (2)
  • instagram (2)