• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

İnsan davranışına necə proqnoz verilir?

Updated: May 4, 2019

Başqalarının davranışına proqnoz vermək, onları qısa zamanda daha yaxlından tanımaq, öz davranış, düşüncə və münasibətinin səbəblərini aydınlaşdırmaq demək olar, bütün insanlara maraqlıdır. Bəs bir insanın addımlarına proqnoz vermək mümkündür? - Qismən mümkündür. Niyə qismən? - Çünki tarixən insan psixologiyası öyrənildikcə məlum olur ki, hər bir insan ilk öncə fərddir və onun psixoloji xüsusiyyətləri unikaldır, başqaları ilə bənzərlik təşkil edə bilsə də, başqasını eynilə təkrarlayamır. Odur ki, bir insanın növbəti və ya sonrakı addımını yalnız və yalnız təxmin etmək mümkündür. Biz mütəxəssislər bu təxminin yalnız mümkün qədər həqiqətə, proqnozun mümkün qədər dəqiqliyə yaxın olmasını təmin edə bilərik. Bunun üçünsə, bilik, metodika və təcrübə vacibdir.




Sizinlə bu istiqamətdə istifadə olunan üsullardan biri — rus psixoloqu Viktor Panomarenkonun “7 radikal” metodikası və onu gündəlik həyatınızda necə tətbiq edə biləcəyinizi bir-biri ilə əlaqəli bir neçə məqalədə paylaşıram. Bu metodika ilə insanların xarakterik xüsusiyyətlərini, davranış, münasibət, psixi fəaliyyətlərinin hərəkətverici faktorlarını analiz edəcəyik. Panomarenkonun təklif etdiyi bu radikallar 7 xarakter növünü əhatə edir:

  1. Epileptoid;

  2. İsteroid;

  3. Paranoyal;

  4. Emotiv;

  5. Hipertim;

  6. Həyəcanlı;

  7. Şizoid.

Qeyd edim ki, Epileptoid, İsteroid, Şizoid xarakter tiplərinin adlarındakı “-id” sonluğu qədim yunan mənşəli olub “bənzər” deməkdir. Psixiatrlar Epilepsiya, İsteriya, Şizofreniya xəstəlikli insanların özünü necə aparmasına yaxşı bələd olduqlarından, oxşar davranışları normal insanlarda da aşkar etdikdə, onların xarakter növlərini müvafiq olaraq belə adlandırıblar. Yən bu radikallar (bundan sonra "xarakter növləri") "normal" adlandırdığımız psixoloji halları özündə əks etdirir. Bu terminologiyada istisna olaraq, Emotiv, Hipertim, Paranoyal, Həyəcanlı kimi adlar "-id" sonluğu ilə bitmir ki, bunun açıqlamasını da psixoloq bu şəkildə verir: Məsələn, Paranoyal xarakter tipinin belə adlanmasının səbəbi “Paranoid” termininin artıq klinik psixologiyada öz mahiyyətini daşımasıdır. Odur ki, iki məna daşıyan eyni termin yerinə bu cür — “Paranoyal” adlandırılıb. Qalan bütün xarakter növlərinin (BAX: Xarakter nədir?) adları fərqli sonluqla bitsə də, mahiyyətcə yenə də “bənzər” xarakteri daşıyır.



48 views

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Contact:

Follow us:

  • facebook (2)
  • instagram (2)