• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

İnsanları keçmiş sevgili ilə dostluğa nə vadar edir?

Updated: May 4, 2019

ABŞ, Oakland Universitetindən olan Castin Mogilski və Liza Vellinq 348 nəfərdən ibarət könüllülər arasında sorğu keçirmiş və keçmiş sevgililərin dost qalmaq istəyi ilə bağlı səbəblər üzrə fikirlərini almışlar. Nəticələri 153 kateqoriyalar üzrə qeydə alaraq yüzlərlə daha çox insanı birləşdirən bir başqa qrupa bu kateqoriyaların əhəmiyyət sırasını fərdi olaraq dəyərləndirməsini təşkil etmişlər. Kateqoriyaları 5 bal üzrə dəyərləndirərək sıralayan ikinci qrup üzvləri həm də ayrılıqda neqativ emosiya, antoqonizm, sensasiya axtarışına nə dərəcədə meylli olmaları ilə bağlı anket sorğulardan keçmişlər.

Mogilski və Vellinq sorğu nəticəsinə əsasən, keçmiş sevgili ilə dost olmaq istəyinin səbəblərini 7 əsas kateqoriya üzrə təsnif ediblər. Bu sıralama aşağıdakı kimidir:- Etibarlıq / Sentimentallıq ("o məni daha yaxşı insana çevirib");- Praqmatizm ("Onun çoxlu pulu vardı");- Romantik hisslərin davam etməsi ("Ona qarşı hələ də hisslərim qalıb");- Uşaqlar və paylaşılan sərvətlər ("Mən, yaxud keçmiş sevgilim hamilə idi");- Romantik hisslərin azalması (Hansı ki, cinsi istəklərin yoxluğu və dostluq imkanlarının inkişafına səbəb olur);- Sosial münasibətlərə olan zərurət (Eyni dostluq əhatəsi və ya dostlar qrupuna xələl gətirməmək istəyi);- Cinsi yaxınlıq imkanları (Yenidən cinsi münasibətdə başlamaq imkanları). Nəticə olaraq, Etibarlıq / Sentimentallıq kateqoriyası ən əhəmiyyətli səbəb kimi birinci sırada yer alıb.

Bundan əlavə, müəyyən olunub ki, eyni şəxsiyyət xüsusiyyətlərinə malik olan həm qadın, həm kişilər verilmiş alternativlər arasında eyni səbəbləri seçməyə meylli idilər. Xüsusilə də, yüksək aqnotizm və/və ya ektraversiya xarakterik xüsusiyyətlərinə malik həm qadın, həm kişilər dost qalmaq istəyinə praktik səbəbləri yüksək balla qiymətləndirərək onların əhəmiyyətini önə çəkmişlər. Sorğu nəticəsində qadın və kişilərdə ektraversiya xüsusiyyətlərinin olması, həm də cinsi yaxınlığın davam etməsinə olan meyl ilə dəyərləndirilib.

Bir başqa tərəfdən müşahidə olunub ki, daha neqativ emosiyalar yaşayan insanlar Etibarlıq / SentimentallıqRomantik hisslərin davam etməsi kateqoriyasından olan səbəbləri daha əhəmiyyətli hesab ediblər. Bunun səbəbi kimi, həmin insanların ayrılma zamanı böyük psixoloji distress keçirməsi və dost qalaraq aldığı dəstək və romantik istəklərin mənəvi münasibət və bağları daha da mülayimləşdirmək kimi daxili niyyət olduğu qənaətinə gəlinib. Üstəlik, aşkar edilib ki, keçmiş partnyorla dostluq əlaqələri səciyyəvi haldır və təxminən ayrılmış insanların yarısı 2, hətta 10 il sonra belə əlaqə saxlamağa başlayırlar.

Bu araşdırmanın 2 limitləməsi var idi. İştirakçıların yaş ortalaması ilk qrupda 21.4, ikinci qrupda isə 21 idi. Bu səbəbdən, universitet tələbələrinin öyrənilən mövzu üzrə yararlandığı bu təcrübə yalnız bəlli yaş çərçivəli iştirakçıların subyektiv fikirlərinə əsaslandığından, daha geniş rəy bildirmək və mühakimə irəli sürmək üçün yetərsizdir.

Mənbə: Emma Young, Britaniya Psixoloqlar Cəmiyyəti.

0 views

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Contact:

Follow us:

  • facebook (2)
  • instagram (2)