Psixoloji konsultasiya və konsaltinq
Məlahət Hacıyevanın fəaliyyət sahəsi (ətraflı), əsasən, aşağıdakı və əlaqəli istiqamətləri əhatə edir:
-
şirkət və təşkilatlarda iş fəaliyyətində məhsuldarlığın artırılması;
-
əməkdaşların iş və qeyri-iş münasibətlərinin balansı;
-
komanda təşkili, komanda fəaliyyəti;
-
idarəetmə modellərinin lokal şərtlərə uyğunlaşdırılması;
-
liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi;
-
iş məsuliyyətlərinin fərdi potensiallara uyğunlaşdırılması;
-
peşə seçimi və fərdi karyera planlaması;
-
və s.
Seanslara yazılmaq üçün email vasitəsilə müraciət etməniz vacibdir. Seansınızın vaxtı elə həmin gün, ən gec isə 2 iş günü ərzində təyin olunacaqdır.
Onlayn konsultasiya (bax: Psixoloji Konsultasiya nədir?) və konsaltinq (bax: Konsaltinq nədir?) seansları həftənin yalnız 3 günü (Bazar Ertəsi, Cümə və Şənbə) Bakı vaxtı ilə:
Bazar Ertəsi — 11:00 - 20:00;
Cümə günü — 11:00 - 20:00;
Şənbə günü — 13:00 - 19:00
aralığında təşkil olunur. Bir qayda olaraq, hər yeni müştəri ilə seanslara başlamazdan öncə tanışlıq və dəyərləndirmə məqsədli kimya görüşü keçirilir. Hər seans 40-45 dəqiqə aralığını əhatə edir.
Qeydiyyat proseduru və ödəmə məlumatları üçün klikləyin.
Psixoloji Konsultasiya
Psixoloji konsultasiyalar sizə hansı istiqamətlərdə faydalı olacaq:
- Hədəflərin müəyyən edilməsi;
- Fərdi potensial və bacarıqların aşkar edilməsi;
- Ünsiyyət qurmaq çətinliyi;
- Özgüvən/Özünəinam yetərsizliyi;
- Təcrid olunma, mənəvi təklənmə;
- Tənbəllik, konfort zona, təşəbbüsə olan apatiya kimi halları dəf etmək;
- Qərar qəbul etmə, problem həlli kimi bacarıqlar üzərində işləmək;
- Fəaliyyəti boyunca yüksək performansa nail olmaq;
- Şəxsi motivasiya; - Və s.
Konsaltinq
Konsaltinq xidməti sizə hansı istiqamətlərdə faydalı olacaq:
- Psixologiya sahəsində karyera quruculuğu;
- Akademik təhsil / Xaricdə təhsil;
- Akademik və praktik karyera hədəflərini müəyyən etmək;
- Peşə seçimi və peşənin tədbiqi sahələrini aşkar etmək;
- İş həyatına hazırlıq üçün şəxsi keyfiyyətləri aşkar və inkişaf etdirmək;
- Şirkətdaxili davranış və iş münasibətlərində etika;
- Konfliktlərin həlli;
- Və s.