Terminlər
Yüksək təşkilat mədəniyyəti
Əməkdaşların gündəlik həyatlarında düzgün davranış formalarının tətbiq olunması səbəbilə yüksək peşə performansı nümayiş etdirdikləri mədəni mühitdir. Belə mühitlərdə fərdlər daha az nəzarət tələb etməklə yanaşı, təşkilatın fəaliyyət istiqamətindəki hədəflərə nail olmaqda yüksək səy göstərirlər.
Viziya (Vision)
Təşkilatı bir qurum olaraq hansı istiqamətə yönəldiyini göstərən və 3 ildən 5 ilədək olan dövrdə hansı məqama olmaq niyyətini ifadə edən aydın görüntü ilə təmin edir.
Missiya
təşkilatın insanlara mövcudluq səbəbini çatdıran və müştərilərə hansı şəkildə dəyər verdiyini ifadə edən dəyər, inam və fəlsəfəsinin mədəni inikasıdır.
İş məmnuniyyəti
İşçinin öz işindən məmnuniyyət dərəcəsidir.
Elmi-praktiki model
Akademik sahədə sahə üzrə sübuta yetirilmiş elmi prinsip və kəşflərin anlaşılmasına və bütün bunların peşəkar praktik fəaliyyət üçün hansı şəkildə özül təşkil etdiyinə əsaslanan təhsil modelidir.
Peşə analizi
Peşənin məzmununu peşəni icra etmək üçün zəruri olan tapşırıq və insan bacarıqları ilə müəyyənləşdirən formal prosedurdur.
Peşə
Təşkilatdakı oxşar vəzifələrinin toplusudur.